BMT Efiopiyanın Tiqray ǝyalǝtindǝki vǝziyyǝtlǝ bağlı bǝyanat yayıb

Efiopiyanın ilin ǝvvǝlindǝn etibarǝn  Tiqray ǝyalǝtinǝ tǝşkil etdiyi hücumlar nǝticǝsindǝ azı 108 mülki vǝtǝndaşın öldüyü, 75-nin dǝ yaralandığı iddia edilib.

1762947

Birlǝşmiş Millǝtlǝr Tǝşkilatının İnsan Hüquqları Şurasının sözçüsü Liz Trossel  tǝşkilatın İsveçrǝnin Cenevrǝ şǝhǝrindǝki qǝrargahında tǝşkil edilǝn mǝtbuat konfransında  deyib: “Biz Efiopiyanın Tiqray bölgəsində hava hücumları nəticəsində mülki əhali arasında itkilərin olduğu ilǝ bağlı yayılan xǝbǝrlǝrǝ görǝ narahatıq’’.

Throssel bu il Efiopiya hava qüvvələri tǝrǝfindǝn  həyata keçirildiyi iddia edilǝn  hava hücumları nəticəsində  azı 108 mülki vǝtǝndaşın öldüyünü, 75-nin dǝ yaralandığını bildirib.

Throssel Efiopiya hökumǝti vǝ müttǝfiqlǝrinǝ mülki vǝtǝndaşların qorumaları ilǝ ǝlaqǝdar çağırış edib.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı da Efiopiyanın şimalında yanacaq və ərzaq böhranı səbəbindən əməliyyatların dayandırıldığını açıqlayıb.

Әlaqәli Xәbәrlәr