Rusiya 10 mindən çox əsgərin iştirakı ilə hərbi təlimə başlayıb

Rusiya Ukrayna sərhədi yaxınlığında 10 mindən çox əsgərin iştirakı ilə hərbi təlimə başlayıb.

1761901
Rusiya 10 mindən çox əsgərin iştirakı ilə hərbi təlimə başlayıb

Rusiya Ukrayna sərhədi yaxınlığında 10 mindən çox əsgərin iştirakı ilə hərbi təlimə başlayıb.

Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Bölgəsindən verilən yazılı bəyanatda ölkənin cənubundakı çox saydakı təlim məntəqələrindəki təlimdə motoatıcı batalyonlarla yanaşı Qara dəniz və Xəzər donanmasının hərbi hissələrin də qatıldığı bildirilib. 

Bəyanatda "10 mindən çox hərbçinin iştirakı ilə Volqoqrad, Həştərxan, Stavropol, Rostov və Krasnodar vilayətlərində təlimlər keçiriləcək. Taktiki qruplar hərbi artilleriya batareyalarının qarşısını almaq, aviasiya və snayperlik daxil olmaqla müxtəlif kəşfiyyat və hücum sistemləri, o cümlədən əks-hücum sistemlərinin tərkibində yeni taktiki əməliyyatların yeni üsulları üzrə ixtisaslaşacaqlar" ifadəsindən istifadə edilib.

Qeyd edək ki, Rusiya ilə NATO arasında Ukrayna ilə bağlı yaranmış gərginliyə görə dünən Belçikanın paytaxtı Brüsseldə görüş keçirilib.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko görüşdən sonra verdiyi açıqlamada NATO-dan Rusiyanın təhlükəsizlik təkliflərinə “qəti” cavab gözlədiklərini söyləyib.



Әlaqәli Xәbәrlәr