Avropa İttifaqı Şimali Koreya ilǝ bağlı bǝyanat yaydı

Avropa İttifaqı  Şimali Koreyanın bir həftədə iki dəfə raket sınaqları keçirməsini pisləyib.

1761419
Avropa İttifaqı Şimali Koreya ilǝ bağlı bǝyanat yaydı

Avropa İttifaqı  Şimali Koreyanın bir həftədə iki dəfə raket sınaqları keçirməsini pisləyib.

Avropa İttifaqının xarici ǝlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellin ofisindən verilən bǝyanatda Şimali Koreyanın 5 və 11 yanvar tarixlərində iki raket atdığı xatırladılıb.

“Şimali Koreyanın qeyri-qanuni silah sistemlərinǝ sahib olmaqla bağlı səyləri beynəlxalq sülh və təhlükəsizliyǝ ciddi tǝhlükǝ yaradır” deyilǝn bǝyanatda  Şimali Koreyaya  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinǝ əməl  etmǝsi ilǝ ǝlaqǝdar çağırış edilib.

Bǝyanatda qeyd olunub ki, Avropa İttifaqı Şimali Koreyaya  BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edənə qədər  sanksiya tǝtbiq etmǝyǝ davam edǝcǝk.

Yaponiya və Cənubi Koreya yanvarın 11-də Şimali Koreyanın balistik raket  olma ehtimalı yüksək olan raketi sınaqdan keçirdiyini açıqlayıb. Şimali Koreya yanvarın 5-də hipersəs raketini uğurla sınaqdan keçirdiyini elan etmişdi.



Әlaqәli Xәbәrlәr