ABŞ-da qatar təyyarəyə çırpılıb

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində hərəkət edən qatar relslərin üzərinə düşən təyyarəyə çırpılıb.

1759991
ABŞ-da qatar təyyarəyə çırpılıb

Los Anceles Polis Departamentindən yayılan məlumata görə təyyarənin pilotu xilas edilib. Bildirilir ki, təyyarə Los-Ancelesin Pakoima rayonundan havaya qalxdıqdan az sonra qatar relslərinə düşüb və hərəkətdə olan qatara çırpılıb. Qəza nəticəsində parçalanan təyyarənin pilotu ətrafdakı insanların müdaxiləsi ilə yaralı xilas edilib, qatardakılar xəsarət almayıblar.



Әlaqәli Xәbәrlәr