ABŞ-da 19 mərtəbəli binada yanğın: 19 nəfər ölüb

ABŞ-ın Nyu-York şəhərinin Bronks rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 9-u uşaq olmaqla, azı 19 nəfər ölüb.

1759724
ABŞ-da 19 mərtəbəli binada yanğın: 19 nəfər ölüb

ABŞ-ın Nyu-York şəhərinin Bronks rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 9-u uşaq olmaqla, azı 19 nəfər ölüb.

Bunu Nyu-York şəhərinin Yanğından Mühafizə İdarəsinin rəisi Daniel Niqro mətbuat konfransında bildirib.

İdarə rəisi əlavə edib ki, yanğın əvvəlcə ikinci mərtəbədəki mənzildə başlayıb: “Mənzildə yaşayan ailənin təxliyəsi zamanı qapını arxadan bağlamaması alov və tüstünün sürətlə yayılmasına səbəb olub. İkinci və üçüncü mərtəbələri alov bürüyüb, beləliklə bütün bina tüstüyə qərq olub. Demək olar ki, binanın hər mərtəbəsindən meyit tapılıb. Azı 63 nəfər yaralanıb, onlardan 32-nin vəziyyəti ağırdır". 

Nyu-York Bələdiyyə sədri Erik Adams da verdiyi açıqlamada

“Bu, müasir dövrdə Nyu-York şəhərində şahidi olduğumuz ən dəhşətli yanğınlardan biri olacaq” deyib.

Nyu-Yorkda çoxmərtəbəli yaşayış binasında baş verən yanğına nasaz elektrik qızdırıcısının səbəb olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr