Kanada məhkəməsi İranı təzminat ödəməyə məhkum etdi

Kanada məhkəməsi İranı 2020-ci il yanvarın 8-də düşürdüyü Ukrayna təyyarəsində həyatını itirən 63 Kanada vətəndaşının yaxınlarına təzminat ödəməyə məhkum edib.

1756554
Kanada məhkəməsi İranı təzminat ödəməyə məhkum etdi

Kanada məhkəməsi İranı 2020-ci il yanvarın 8-də düşürdüyü Ukrayna təyyarəsində həyatını itirən 63 Kanada vətəndaşının yaxınlarına təzminat ödəməyə məhkum edib.

Qərar hadisədə həyatını itirən 6 kanadalının qohumlarının məhkəməyə maricəti nəticəsində verilib. 

Buna görə, Ontario Ali Ədalət Məhkəməsinin hakimi Edvard Belobaba altı qurbanın varisləri tərəfindən bölüşdürüləcək 100 milyon dollarlıq cəza təzminatı təyin edib.

Hakim Belobaba qərarında ailə üzvlərinə rəhbərlik, qayğı və dostluq itkisinə görə 1 milyon dollar, mənəvi zərər və iztirablara görə isə 6 milyon dollar ödənməsini tələb edib. 

Məhkəməyə müraciət edənlərin vəkili Mark Arnold "CBC"-yə verdiyi açıqlamada bildirib ki, təzminat rəqəmlərini toplamaq üçün nə lazımdırsa edəcəklər.

Xatırladıq ki, Ukrayna Hava Yollarına məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi 8 yanvar 2020-ci il səhəri Tehran Beynəlxalq İmam Xomeyni Hava Limanından Kiyevə getmək üçün havaya qalxdıqdan az sonra qəzaya uğrayıb və təyyarədə olan 176 nəfərdən sağ qalan olmayıb. Təyyarədə həyatını itirənlər arasında 63 Kanada vətəndaşı da var idi.

İran rəsmiləri əvvəl təyyarənin vurulması ilə bağlı iddiaları qəbul etməyib, daha sonra Baş Qərargah Ukrayna təyyarəsinin "həssas hərbi bir nöqtənin" üzərindən keçərkən "insan səhvi" nəticəsində hava hücumundan müdafiə sistemi tərəfindən buraxılan iki raketlə vurulduğunu açıqlayıb. 

İran hadisədən təxminən bir il sonra 30 dekabr 2020-ci ildə həyatını itirənlərin hər birinin ailəsinə 150 ​​min dollar təzminat ödəyəcəyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr