Sudanın Baş naziri Abdullah Hamduk istefa verib

Sudanın Baş naziri Abdullah Hamduk tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

1755920
Sudanın Baş naziri Abdullah Hamduk istefa verib

Baş nazir Abdullah Hamduk Dövlət telekanalına açıqlamasında: “Sudan xalqına imkan yaradmaq üçün istefamı təqdim etmək qərarına gəldim. Ölkəniin fəlakətə sürüklənməsinin qarşısını almaq üçün əlimdən hər nə gəlirsə etdim. Sudan inqilabı məqsədləri istiqamətində irəliləyir. Böhrana həll yolu tapmaq üçün bütün siyasi və hərbi partiyalarla görüşlər keçirdim. Lakin qənaətbəxş nəticə əldə edəbilmədim”-deyə Baş nazir vurğulayıb.

Xatırladaq ki, oktyabrın 25-də ordu ölkədə hakimiyyəti ələ keçirib. Həmin vaxtdan mülki administrasiya tərəfdarları əsgərlərin kazarmalara qayıtmasını tələb edərək nümayişlər keçirirlər. Nümayişlər zamanı baş verən hadisələrdə 54 nəfər həyatını itirib. Ordu isə 2023-cü ilin iyulunda keçiriləcək seçkilərə qədər iqtidar ortağı olmağa davam etdirmək istəyir.



Әlaqәli Xәbәrlәr