BMT TŞ Yəmənə dəstəyini bildirdi

BMT TŞ üzvü olan ölkələr Yəmən hökumətinin iqtisadi sabitliyi və xalqa xidmətini təmin edəcək islahatların həyata keçirilməsini dəstəklədiklərini açıqlayıblar.

1750925
BMT TŞ Yəmənə dəstəyini bildirdi

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) üzvü olan ölkələr Yəmən hökumətinin iqtisadi sabitliyi və xalqa xidmətini təmin edəcək islahatların həyata keçirilməsini dəstəklədiklərini açıqlayıblar.

ABŞ-ın Yəməndəki səfirliyinin "Twitter" hesabından paylaşıma görə, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Çin, Rusiya, İngiltərə və Fransa nümayəndələri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Yəmənin Baş naziri Muin Abdulmalik ilə bir araya gəlib.

Görüş zamanı sözügedən ölkələrin nümayəndələri Baş nazir Əbdülməlikin Yəmən xalqına əsas xidmətlərin göstərilməsi, eləcə də dövlət qurumlarının işinin gücləndirilməsi, iqtisadi sabitliyin təmin edilməsi və islahatların həyata keçirilməsi istiqamətində səylərini tam dəstəklədiklərini bildiriblər.

Digər tərəfdən, ABŞ Dövlət Departamentinin Orta Şərq üzrə İşlərinin "Twitter" etdiyi paylaşıma görə, ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Tim Lenderkinq Yəmənin Baş naziri Əbdülməliklə telefon danışığı aparıb.

Yəmən hökumətinin iqtisadi sabitlik üçün mühüm addımlar atdığını ifadə edən Lenderkinq donor ölkələrdən gələcək dəstəklə bu addımların dəstəkləməsini arzu etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr