Jake Sullivan İsrail Baş naziri və Fələstin prezidenti ilə görüşəcək

ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Jake Sullivanın İsrail və İordan çayının qərb sahilinə səfəri planlaşdırılır.

1750418
Jake Sullivan İsrail Baş naziri və Fələstin prezidenti ilə görüşəcək

TRT xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik üzrə sözçüsü Emily Horne məlumat yayıb. Bildirib ki, Jake Sullivan bu həftə İsraildə baş nazir Naftali Bennett və digər yüksək səviyyəli rəsmilərlə görüşəcək. Sözçü danışıqlar zamanı ölkəsinin İsrailə dəstəyini daha bir dəffə səsləndirəcək və iki ölkə arasındakı əlaqələrin əhəmiyyətinə diqqət çəkəcək. Həmkarı Eyal Hulata ilə növbəti Strateji Məsləhət Qrupu toplantısına qatılacaq. Ramallahda Fələstin prezidenti Mahmud Abbas tərəfindən qəbul ediləcək. Sullivanın qəbulu zamanı ABŞ-Fələstin əlaqələrini gücləndirmək, həm fələstinlilər, həm də israillilər üçün sülh və təhlükəsizliyin bərpası uğrunda atılası addımlar müzakirə olunacaq. Qeyd edək ki, Sallivanı İsrailə səfəri zamanı Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və dövlət katibinin Yaxın Şərqlə əlaqələr üzrə köməkçisi Yael Lempent müşayiət edəcək.

 

 



Әlaqәli Xәbәrlәr