ABŞ-ın hipersəs raket sınağı üçüncü dəfə də uğursuz oldu

ABŞ Hərbi Hava Qüvvələrinin bir müddətdir sınaqdan keçirdiyi “AGM-183A Havadan Havaya Sürətli Müdaxilə Silahı” adlı hipersəs raketi sınaqlarda üçüncü dəfə uğursuzluğa düçar olub.

1750454
ABŞ-ın hipersəs raket sınağı üçüncü dəfə də uğursuz oldu

TRT-nin xəbərinə görə bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Qabiliyyətlərin Həyat Dövrünün İdarə Edilməsi Komandanlığının Silahlanma Bölməsinin direktoru, briqada generalı Hit Kollinz “WarZone” jurnalına açıqlamasında danışıb.

Briqada generalı Kollinz “B-52H” bombardmançı təyyarəsinə qoşulan “AGM-183A” prototip raketinin naməlum səbəbdən bağlı olduğu sursat stansiyasından çıxmadığını, atış ardıcıllığının dayandığını və raketin buraxılmadığını bildirib.

ABŞ generalı raket sisteminin telemetriya və bort məlumatlarını təhlil etmək üçün zavoda qaytarılacağını bildirib. O əlavə edib ki, Hərbi Hava Qüvvələri bu hipersəs silahını ən qısa zamanda təkrar sınaqdan keçirəcək.

Qeyd edək ki, bu ilin aprelində ABŞ-ın hipersəs raketinin ilk sınağı daşıyıcı təyyarədə yaranan problem səbəbindən uğursuzluqla nəticələnmişdi.

İyun ayında silah ikinci uçuş sınağında “B-52H” bombardmançısından uğurla çıxdı, lakin raket mühərriki alovlana bilmədi.

 



Әlaqәli Xәbәrlәr