Yaponiya Pekin olimpiyadası ilə bağlı qərarını açıqladı

Yaponiyanın baş naziri Kişida Fumio 2022-ci ilin fevralında keçiriləcək Pekin Qış Olimpiya Oyunlarında iştirak etmiyəcəyini bildir

1748368
Yaponiya Pekin olimpiyadası ilə bağlı qərarını açıqladı

Baş nazir Kişida parlamentdəki çıxışında məsələyə toxunub və Pekin Qış Olimpiya Oyunlarında iştirak etməyi planlaşdırmadığını qeyd edib.

TRT-nin Kyodo agentliyinə istinad etdiyi xəbərinə görə, sözügedən münasibətin Çində insan haqları pozuntuları qarşısında ABŞ və İngiltərənin diplomatik boykot qərarından sonra ortaya çıxması diqqət çəkib.

Fransa isə Pekin 2022-də yüksək səviyyədə təmsil olunacaqlarını açıqlarkən, . Yaponiyanın Tokio-2020 Təşkilat Komitəsinin prezidenti Haşimoto Seiko və ya Yaponiya Olimpiya Komitəsinin (JOC) prezidenti Yamaşita Yasuhironu Çinə göndərməyi planlaşdırdığı bildirilir.

Pekin Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək Çinin paytaxtı Pekində keçiriləcək. ABŞ, Böyük Britaniya və Avstraliya Çinin insan haqlarını pozduğuna görə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını diplomatik boykot edəcəklərini açıqlayıblar.



Әlaqәli Xәbәrlәr