Rusiya Almaniyanın diplomatik qərarına cavab verəcək

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın 2 rusiyalı diplomatı “persona-non qrata” (“arzuedilməz şəxs”) elan etmə qərarına cavab verəcəklərini bildirib.

1748172

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Rusiyanın Berlindəki səfirliyində çalışan iki diplomatın “persona non-qrata” (“arzuedilməz şəxs”)elan edildiyini açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu hadisə ilə bağlı açıqlamasında "Berlinin qeyri-dost hərəkətləri cavabsız qalmayacaq. Qısa müddətdə bununla bağlı açıqlama veriləcək" deyib.

Xatırladaq ki, Rusiya və Gürcüstan vətəndaşlığı olan Tornike K. avqustun 23-də Moabit rayonundakı Tierqarten parkında güllələnib.

Qətli törətməkdə şübhəli bilinən Rusiya vətəndaşı Vadim K. saxlanılıb və hadisədə istifadə etdiyi silah ələ keçirilib.

Berlin Ali Regional Məhkəməsinin açıqladığı qərarda Vadim K. ömürlük həbs cəzasına məhkum edilib.

Almaniya mətbuatında Tornike K.-nin çoxlu adlar işlətdiyi, öldürülən şəxsin Berlində yaşayarkən Zelimhan K. adından istifadə etdiyi və onun Rusiya kəşfiyyatı tərəfindən bu adla tanındığı bildirilib.

2016-cı ildən Almaniyada qaçqın həyatı yaşayan Tornike K.-nin Çeçenistanda Rusiyaya qarşı döyüşdüyü iddia edilib.

Әlaqәli Xәbәrlәr