Almaniya hökumət rəhbərliyi Leypsiqdəki Eyüp Sultan Məscidinə hücumu pisləyib

Almaniyanın Saksoniya əyalətinin Baş naziri Mixael Kretşmer ötən gün hücum təşkil edilən Diyanət İşləri Türk-İslam Birliyinin (DİTİB) Leypsiqdəki Eyüp Sultan Məscidini ziyarət edib.

1748198
Almaniya hökumət rəhbərliyi Leypsiqdəki Eyüp Sultan Məscidinə hücumu pisləyib

Mixael Kretçmer DİTİB Leypsiq Eyüp Sultan Məscidi Dərnəyinin sədri Ömər Mumcu  ilə  bir araya  gəlib  və   hücuma görə təəssüfləndiyini bildirib. Hadisəni eşidəndə çox pis olduğunu, müvafiq  orqanlara hadisənin araşdırılması   və   aydınlaşdırılması üçün dərhal tapşırıqlar verdiyini bildirib. Məscidə edilən hücumu qətiyyətlə pisləyirəm  deyən Mixael Kretçmer belə kədərli hadisələrin baş verməməsi üçün hər cür tədbirin  görüləcəyini   sözlərinə   əlavə  edib. 

Ömər Mumcu da  öz  növbəsində  deyib:” Ziyarətinizə görə  xoşbəxtik. Bu cür hücumlarla tez-tez qarşılaşırıq. Məscidimizə maddi ziyan dəysə də   can  itkisinin   olmaması ən böyük təsəllimiz olub. Bundan sonra həm polis, həm də alman dostlarımızla daha sıx əməkdaşlıq  etməliyik”.

Berlin Dini Xidmətlər Attaşesi Əmrə Şimşək də  Saksoniya əyalətinin Baş  naziri  Mixael Kretçmerə göstərdiyi həssaslığa görə təşəkkürünü bildirib.

Qeyd  edək  ki, Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit da hökumət adından  açıqlamasında məscidə edilən hücumu qınayıb. 



Әlaqәli Xәbәrlәr