Almaniyaya məxsus hərbi gəmi Cənubi Çin dənizinə daxil olub

Almaniyaya məxsus hərbi gəmi təxminən 20 ildən sonra ilk dəfə Cənubi Çin dənizinə daxil olub.

1747860
Almaniyaya məxsus hərbi gəmi Cənubi Çin dənizinə daxil olub

Almaniyaya məxsus hərbi gəmi təxminən 20 ildən sonra ilk dəfə Cənubi Çin dənizinə daxil olub.

Almaniya Müdafiə Nazirliyinin rəsmisi Sinqapura yollanan "Bavariya" freqatının Cənubi Çin dənizindən tranzit keçdiyini bildirib.

Freqat 2002-ci ildən bəri bölgədən keçən ilk alman hərbi gəmisi kimi qeydə alınıb.

Avropanın xarici ticarətinin 40 faizi sözügedən bölgədə həyata keçirilir.

Berlindəki səlahiyyətlilər Almaniya donanmasının ümumi ticarət yoluna sadiq qalacağını bildiriblər.

Freqatın Tayvan boğazından keçməsinin gözlənilmədiyi açıqlanıb.



Әlaqәli Xәbәrlәr