İndoneziyanın şərqində zəlzələ baş verib

Amerika Geoloji Tədqiqat İnstitutu (USGS) zəlzələnin 7,3 bal gücündə olduğunu qeyd edib.

1747009
İndoneziyanın şərqində zəlzələ baş verib

Ölkənin Flores adası bölgəsi yaxınlığında yerli vaxtla saat 11.20-də, 18,5 kilometr dərinlikdə baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

İndoneziya Milli Fəlakətlərin Azaldılması Agentliyinin sözçüsü Əbdül Muhari zəlzələnin bölgədə güclü hiss edildiyini bildirsə də  dağıntı  və   insan  tələfatının   olub-olmadığına   dair   məlumat  verməyib. 

Xatırladılır ki, Yanvar ayında İndoneziyanın Qərbi Sulavesi bölgəsində baş vermiş 6,2 bal gücündə zəlzələ nəticəsində 100-dən çox insan həyatını itirdi. 

 



Әlaqәli Xәbәrlәr