Fransa Malidəki son hərbi bazasını bağladı

Malinin Timbuktu şəhərində 8 ildir xidmətdə olduqları hərbi bazadan fransız əsgərlərinin təxliyyəsinə başlanılıb.

1747345
Fransa Malidəki son hərbi bazasını bağladı

Malinin Timbuktu şəhərində 8 ildir xidmətdə olduqları hərbi bazadan fransız əsgərlərinin təxliyyəsinə başlanılıb.

Fransa ordusu bu ölkədə qalan sonuncu hərbi bazanın idarəçiliyini bu gün təşkil edilən mərasimlə Mali ordusuna təhvil verib.

Prezident Emmanuel Makron iyul ayında 2021-ci ilin sonuna qədər Malinin şimalındakı hərbi bazalarını bağlamağa başlayacaqlarını açıqlamışdı.

Bu plan çərçivəsində Fransa ilk olaraq noyabrın 13-də Tessalit şəhərindəki hərbi bazasını Mali ordusuna təhvil verib.

Bundan sonra burada xidmət göstərən fransız əsgərləri noyabrın 15-də hərbi bazanı tərk ediblər.

Daha sonra Fransa Kidal şəhərindəki hərbi bazasını boşaldıb və Mali administrasiyasına təhvil verib.

Bu arada, ölkəsinin Saheldəki hərbi gücünün bir müddət davam edəcəyini bildirən Makron "Bölgədəki ölkələrin tələbi ilə orada olduğumuz üçün Saheldə qalmağa davam edirik. Uzunmüddətli perspektivdə Sahel bölgəsində 2500-3000 əsgər olmasını hədəfləyirik" deyib.



Әlaqәli Xәbәrlәr