Husilərə məxsus silah və təchizat anbarları dağıdıldı

Yəməndə hökumətə dəstək verən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri paytaxt Səna və Səda əyalətlərində husilərə məxsus ballistik raketləri montaj sexi və silah anbarlarına zərbələr endirib.

1741909
Husilərə məxsus silah və təchizat anbarları dağıdıldı

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın koalisiya qüvvələrinə istinad etdiyi xəbərə görə “Husilərin lideri Əbdülməlik əl-Hutinin qalası hesab edilən Səda əyalətindəki hərbi hədəflərə aviazərbələr təşkil edilib. Hücumlar zamanı dağıdılan hədəflər arasında ballistik raket və pilotsuz uçuş aparatların (PUA) montaj sexi də olub”.

 Koalisiya qüvvələrindən yayılan açıqlamada husilərin nəzarətində olan Sənada da hərbi hədəflərə hava hücumları təşkil edilib. Hücumlar zamanı silah və təchizat anbarları dağdılıb.

Xatırladaq ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir. Husilər PUA-lardan, eləcə də Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilən orta və uzun mənzilli ballistik raketlərdən istifadə edərək ölkənin bəzi hissələrinə hücum təşkil edir.



Әlaqәli Xәbәrlәr