ABŞ-da müsəlman deputat Omar ölmlə təhdid edilib
Amerika Birləşmiş Ştatlarında (ABŞ) müsəlman millət vəkili İlhan Omara yönəlik təhdidlər gündəmdədir.
Respublikaçılar Partiyasının üzvü Lauren Boebert tərəfindən terrorçu adlandırılan Omar təhdid və təhqirlərdən ibarət səs yazısı aldığını bildirib.
Deputat Omar özünü terrorçu adlandıran Boebert ilə telefonla danışıb. Müsəlman millət vəkili Omar görüşdən sonra təşkil etdiyi mətbuat konfransında Boebertin özündən üzr istəmədiyini, görüş baş tutduqdan sonra özünə ölüm təhdidlərin əks etdiyi bir səs yazı göndərildiyini bildirib.
Demokratlar Partiyasından millət vəkili Ocasio Cortez isə Omara dəstəyini elan edib və Respublikaçılar Partiyasının rəhbərliyini bu təhdidlərə biganə qalmaqda günahlandırıb. Partiya daxilində irqçi ritorikanı qəbul edən “Ku Klux Klana” bənzər bir quruplaşmanın olduğunu irəli sürüb.
Әlaqәli Xәbәrlәr
Entoni Blinken Çinə etdiyi səfəri qiymətləndirib
Entoni Blinken CNN International-a verdiyi müsahibə zamanı Çinə etdiyi səfəri qiymətləndirib.