Belarus-Polşa sərhədində son vəziyyət

Belarus-Polşa sərhədində Avropaya mühacirət axtarışında olan insanların sağlamlıq problemləri günü-gündən artır.

1736730
Belarus-Polşa sərhədində son vəziyyət

Belarus-Polşa sərhədində Avropaya mühacirət axtarışında olan insanların sağlamlıq problemləri günü-gündən artır.
Belarusun Qrodno şəhərinin Bruzgi sərhəd bölgəsində çoxu iraqlı və ya suriyalı təxminən 2 min insanın qadın və uşaqların da olduğu qapalı ərazidə 2 həftədir gözlədiyi logistika mərkəzində yaşayış şəraiti günü-gündən çətinləşir.

Belarus xalqı, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Sərhəd Komitəsi və ordu sərhəddə gözləyənlərə kömək etmək üçün səfərbər olsa da, humanitar ehtiyaclar artır, sağlamlıq problemləri də eləcə.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyəti sərhəddə gözləyən mühacirlərin olduğu bölgədə tədqiqatlar aparıb.

Nümayəndə heyətinə qaçqınlar haqqında məlumat verən Belarus Respublikasının vitse-prezidenti Yuri Karayev burada insanların 24 saat tibbi xidmətlə təmin olunduğunu, indiyədək 100 nəfərin pnevmoniya, ağciyər və digər tənəffüs yolları xəstəlikləri və diabet diaqnozu ilə xəstəxanalara yerləşdirildiyini bildirib.

"Əsasən sərhəddə gözləyənlər öskürək, qrip, döş və qarın ağrısı şikayətləri ilə səhiyyə işçilərinə müraciət edirlər. Uşaqlar və hamilə qadınlar lazım olduqda xəstəxanada müalicə olunurlar"-deyə Karayev bildirib.
ÜST-nin Avropa Regional Bürosunun fövqəladə hallar üzrə direktoru Qerald Rokenşaub Belarus-Polşa sərhədində vəziyyətin ağır olduğunu vurğulayaraq, "Sərhəddə gözləyənlər səhhətlərindən şikayətlənirlər. Onların bəzilərinin xroniki xəstəlikləri var. Belarus hökuməti bu problemləri həll etməyə cəhd edir" deyib.

Sərhəddə gözləyənlərin əksəriyyətinin ölkələrinə qayıtmaq istəmədiyini bildirən Rokenşaub dərmanlar, beynəlxalq tibbi yardım paketləri və gigiyena məhsulları ilə dəstək təmin ediləcəyi vədini verib.

Əvvəlcə sərhəd boyu meşədə, sonra isə qapalı ərazidə yaşayan 2 min insan iki həftədən çoxdur ki, çimə bilmir. Bəzi insanlar saçlarını yuyaraq bu ehtiyacı qarşılamağa çalışarkən, bir çoxları yardım təşkilatlarının gətirdiyi yaş salfetlərlə gigiyena ehtiyaclarını ödəyirlər.



Әlaqәli Xәbәrlәr