Təxminən 28 min əfqanıstanlı ABŞ-a müvəqqəti qəbul üçün müraciət edib
ABŞ Vətəndaşlıq və Köç Xidmətləri (USCİS) tərəfindən yalnız əsas insani səbəblər və ya mühüm ictimai mənfəətlə bağlı "şərtli insani azadetmə" statusu verilir
Təxminən 28 min əfqanıstanlı humanitar vəziyyətə görə Amerika Birləşmiş Ştatlarına müvəqqəti qəbul üçün müraciət edib.
ABŞ Vətəndaşlıq və Köç Xidmətləri (USCİS) tərəfindən yalnız əsas insani səbəblər və ya mühüm ictimai mənfəətlə bağlı "şərtli insani azadetmə" statusu verilir.
28 mindən çox əfqanıstanlı "Şərtli insani azadetmə" statusu üçün müraciət edib. Onların əksəriyyəti ABŞ-ın avqust ayında Əfqanıstandan geri çəkilməsi və Talibanın ölkənin idarəsini ələ keçirməsindən az sonra müraciət edənlərdir. Amma hələlik ABŞ-a müvəqqəti qəbul üçün müraciətlərdən yalnız 100-ü qəbul olunub. Onlara adam başına 575 dollar ödənilir ki, bu da əfqanıstanlılara təkcə bir neçə ay ərzində 10 milyon dollar verilməsi deməkdir.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb