Yaponiya dəniz quldurluğu əleyhinə mübarizə aparan qüvvələrinin mandatının uzadılması qərarına gəlib

Yaponiya Özünümüdafiə Qüvvələri (SDF) Somali sahillərində dəniz quldurluğu  əleyhinə missiyasının mandatını uzatmaq qərarına gəlib.

1734433
Yaponiya dəniz quldurluğu əleyhinə mübarizə aparan qüvvələrinin mandatının uzadılması qərarına gəlib

TRT-xəbər  verir ki, bu  bardə  Yaponiya NHK  agentliyi məlumat  yayıb.  Bildirib  ki, Nazirlər Şurası Somalinin şimalında Ədən körfəzində dəniz quldurluğu ilə mübarizə missiyasını yerinə yetirən SDF-nin mandatının bir il müddətinə uzadılmasını təsdiqləyib. Həmçinin qeyd olunub ki, qəbul edilən qərar  ilə  bölgədə çalışan SDF kadrlarının sayı artırılacaq. Qətnamədə yoxsulluq da daxil olmaqla, piratlığa səbəb olan əsas problemlərin həll edilmədiyinə  diqqət  çəkilib və bu səbəbdən  bəzi ticarət gəmilərinin “SDF-nin müşayiətini” tələb etdiyi bildirilib. 

 Digər tərəfdən, Sinay yarımadasındakı çoxmillətli sülhməramlı qüvvə  tərkibində  vəzifə  icra  edən  “SDF” personalının mandatının da  1 il müddətinə uzadılmasına qərar verildiyi qeyd edilib.  



Әlaqәli Xәbәrlәr