Avropa İttifaqı daha 4 ölkənin “Covid-19” sertifikatını tanıdı

Əlaqədar şərhdə bu 4 ölkənin 16 noyabr tarixindən Aİ peyvənd sertifikatı sisteminə bağlandığı bildirilib

1734259
Avropa İttifaqı daha 4 ölkənin “Covid-19” sertifikatını tanıdı

 

  Avropa İttifaqı Komissiyası Gürcüstan, Moldova, Yeni Zelandiya və Serbiyanın yeni tip koronavirus (Covid-19) peyvənd sertifikatlarının Aİ-nin sertifikatına bərabər tutulmasını qərarla qəbul etdiyini açıqladı.

  Əlaqədar şərhdə 4 ölkənin 16 noyabr tarixindən Aİ peyvənd sertifikatı sisteminə bağlandığı bildirilib. Artıq bu ölkələrin verdikləri peyvənd sertifikatları Aİ Rəqəmsal Kovid Sertifikatı ilə eyni şərtləri daşıyır və Avropa ölkələrində də qəbul edilir.

  Hal-hazırda 49 ölkə Aİ peyvənd sertifikatı sisteminə bağlıdır.

  Xatırladaq ki, Avropa İttifaqının epidemiyada səyahətləri asanlaşdırmaq üçün hazırladığı peyvənd sertifikatı istifadəsi 1 iyuldan qüvvəyə minib. Sertifikatla ABŞ təsdiqli “Covid-19” peyvəndləri olan “BioNTech-Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson & Johnson”u qəbul edən adamlara son dozadan 2 həftə keçmiş səyahətlərdə əlavə test və ya məhdudlaşdırmalar tətbiq olunmur.



Әlaqәli Xәbәrlәr