ABŞ-da təyyarə qəzaya uğrayıb

ABŞ-ın  Miçiqan ştatında baş verən təyyarə qəzasında 2 nəfər ölüb.

1734581
ABŞ-da təyyarə qəzaya uğrayıb

Polisin məlumatına görə, dünən günorta radələrində  baş verən qəza  nəticəsində    61 yaşlı pilot Kennet Daniel Yott və 21 yaşlı Korbin Dennis Kennedi adlı  sərnişin həyatını  itirib. Bildirilir ki, təyyarə  Melrouz qəsəbəsində meşəlik əraziyə çırpılıb. ABŞ Federal Aviasiya İdarəsi və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının  səbəbi  bilinməyən  qəza  ilə  əlaqəli  araşdırmaları  davam  edir. 



Әlaqәli Xәbәrlәr