Avropa İttifaqından (Aİ) Belarusa çağırış

Aİ Belarusdan humanitar təşkilatların bölgəyə daxil olmasına icazə verməsini istəyib.

1733976
Avropa İttifaqından (Aİ) Belarusa çağırış

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Polşa sərhədindən Avropa ittifaqı üzvü ölkələrə getməyə çalışanlara kömək etmək üçün humanitar təşkilatların bölgəyə daxil olmasına icazə verilməsini istəyib.

Borrell sosial media hesabında paylaşdığı açıqlamada Belarusun xarici işlər naziri Vladimir Makey ilə görüşdüyünü, danışıq zamanı Belarus-Polşa sərhədindəki həssas humanitar vəziyyəti müzakirə etdiklərini bildirib. Borrell qeyd edib ki, İnsanların həyatı qorunmalı və humanitar təşkilatların bölgəyə daxil olmalarına icazə verilməlidir. Sərhəddə mövcud vəziyyət qəbuledilməzdir. İnsanlar silah kimi istifadə edilməməlidir.

Xatırladaq ki, İraq, Suriya və Əfqanıstan kimi ölkələrdən minlərlə insanın Belarusdan başda polşa olmaqla Aİ ölkələrinə daxil olmağa cəhd etməsi, Aİ ilə Belarus arasında gərginliyə səbəb olub. Aİ administrasiyası Belarusu bu insanlardan Aİ-da sabitliyi pozmaq üçün istifadə etməkdə ittiham edir. Belarus isə iddiaları rədd edir.



Әlaqәli Xәbәrlәr