ABŞ Dövlət katibi ilk Afrika səfərində

ABŞ Dövlət Departamentinin məlumatına görə...

1734232
ABŞ Dövlət katibi ilk Afrika səfərində

 

  Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken 15 noyabrdan başlanan ilk Afrika səfərində Keniya, Nigeriya və Seneqala gedərək ABŞ-ın Afrika siyasətilə bağlı yeni əməkdaşlıq imkanlarını müzkairə edəcək.

  ABŞ Dövlət Departamentinin məlumatına görə, Blinken 15-20 noyabr tarixləri arasında reallaşdıracağı səfərlərin ilk dayanacağı olan Keniyada ölkə başçısı Uhuru Kenyatta ilə bir araya gələcək. Buradakı görüşdə iki ölkə əlaqələrilə yanaşı, Keniyadakı “Covid-19” epidemiyası ilə mübarizə müzakirə olunacaq.

  Daha sonra Nigeriya və Seneqala gedəcək E.Blinken Abuja prezidenti Məhəmməd Buxari, Dakarda da ölkə başçısı Maki Sol (Macky Sall) ilə bir araya gələcək.

  ABŞ Dövlət Departamentindəki ilk Afrika səfərində ABŞ-Afrika əlaqələri ilə bağlı yeni əməkdaşlıq imkanlarını müzakirə edəcək Entoni Blinken Amerikanın bu ölkələrə “Covid-19”la mübarizə üçün dəstəyini də çatdıracaq.



Әlaqәli Xәbәrlәr