ABŞ və Çin bu sahədə əməkdaşlıq üçün müqavilə imzaladılar

Çinin iqlim müzakirəçisi Şey Şenhua bildirib ki, ABŞ və Çin arasında iqlim məsələsində fikir ayrılığından daha çox ortaq düşüncə var

1732960
ABŞ və Çin bu sahədə əməkdaşlıq üçün müqavilə imzaladılar

 

  ABŞ və Çin Şotlandiyanın Qlazqo şəhərində keçirilən COP-26 İqlim Sammitində iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq edəcəklərini elan ediblər. İki ölkə Paris sazişində nəzərdə tutulan qlobal istiləşmənin 1,5°C dərəcədə məhdudlaşdırılmasına nail olmaq üçün birgə işləmək əzmində olduqlarını açıqlayıblar.

  Çinin iqlim müzakirəçisi Şey Şenhua bildirib ki, ABŞ və Çin arasında iqlim məsələsində fikir ayrılığından daha çox ortaq düşüncə var. Onun sözlərinə görə, əməkdaşlıq son 10 ayda ABŞ ilə keçirilən 30-a yaxın görüşdən sonra razılaşdırılıb.

  ABŞ prezidenti Co Bayden və onun çinli həmkarı Si Cinpinin növbəti həftənin əvvəlində virtual görüş keçirəcəkləri gözlənilir.

  Dünyanın ən böyük karbon emissiyasını buraxan iki dövlətin bu razılaşmanı əldə etməsi üzləşdiyimiz iqlim böhranının nə qədər ciddi olduğunu göstərir.

  Ekoloqlar iki ölkənin karbon emissiyalarını azaltmaq üçün konkret addımlar atmasını istəyirlər.

  Digər tərəfdən Çin bu həftə 100-dən çox ölkənin imzaladığı istixana qazlarından biri olan metanın məhdudlaşdırılmasına dair razılaşmanı imzalamadı. Bunun əvəzinə metan problemini həll etmək üçün milli plan hazırlayacaqlarını açıqlayıb.



Әlaqәli Xәbәrlәr