İngiltərə daha hansı "Covid-19" peyvəndlərini siyahısına daxil etdi?

Birləşmiş Krallıq Səhiyyə Nazirliyindən edilən şərhdə bildirilir...

1731678
İngiltərə daha hansı "Covid-19" peyvəndlərini siyahısına daxil etdi?

  İngiltərə təsdiqlədiyi yeni tip koronavirus (Covid-19) peyvənd siyahısına “Sinovac”, “Sinopharm” və “Covaxi”ni də əlavə edib.

  Birləşmiş Krallıq Səhiyyə Nazirliyindən edilən şərhdə bildirilir: “Yeni siyahı 22 noyabr yerli vaxtla saat ilə 04.00-dan etibarən qüvvəyə minir.”

  Artıq Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya və Hindistan kimi ölkələrdə “Sinovac”, “Sinopharm” və “Covaxin” peyvəndi olanlar İngiltərəyə gedə biləcək.

  Bundan əvvəl “Pfizer-BioNTech”, “Oxford-AstraZeneca”, “Moderna” və “Janssen” peyvəndlərini təsdiqləyən İngiltərənin səyahət qaydalarına görə, təsdiqli peyvəndlərdən biriylə tam peyvənd edilən və peyvənd sertifikatı olanlar səfər öncəsi “Covid-19” testi etdirmək və ya ölkəyə daxil olduqdan sonra karantinə girmək məcburiyyətində qalmır. Bu adamlar yalnız İngiltərəyə çatdıqdan 2 gün sonra sürətli antijen testi etdirir.

  Birləşmiş Krallığın Səhiyyə naziri Sacid Cavid (Sajid Javid) bu addımın səyahət sektoru və şirkətlər üçün faydalı olacağını, ailələr və dostları yenidən bir araya gətirəcəyini bildirib.

  Xatırladaq ki, İngiltərə 2021-ci ilin oktyabr ayında Türkiyə də daxil olmaqla, 37 ölkənin peyvənd sertifikatını tanımış, ancaq təsdiqli peyvənd siyahısında “Sinovac” olmadığı üçün yalnız “Pfizer-BioNTech” peyvəndi olanlara səyahət icazəsi vermişdi.



Әlaqәli Xәbәrlәr