Nigeriyada vəba epidemiyası tüğyan edir

Nigeriyada vəba epidemiyasının səbəb olduğu ölüm sayı yeni növ koronavirusdan (covid-19)  ölənlərin sayından daha çoxdur.

1728639
Nigeriyada vəba epidemiyası tüğyan edir

TRT-nin  xəbərinə  görə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) yeni direktoru Doktor Ifedayo Adetifa bu barədə  məlumat yayıb. O qeyd edib ki,  ölkədə vəba epidemiyası, Covid-19-dan daha çox insanı öldürür. Rəsminin  sözlərinə  görə  ölkədə Yanvar ayından bəri 33 ştatda, eləcə də paytaxt Abucada 90 mindən çox vəba xəstəliyi aşkar edilib. Bunlardan 3 min 800-dən çoxu həyatını itirib. Lakin  ötən ildən bəri ölkədə 211 961 nəfər Covid-19-a yoluxub və bunlardan  2 896-sı ölüb. Bu da Vəba epidemiyasının sürətlə yayıldığını  göstərir.



Әlaqәli Xәbәrlәr