Bu ölkənin enerji naziri əlil arabasına görə iqlim konfransına qatıla bilməyib

İsrailin enerji naziri Karine Elharrar Şotlandiyada təşkil olunan BMT-nin İqlim Dəyişikliyi üzrə 26-cı Konfransına qatıla bilməyib

1728042
Bu ölkənin enerji naziri əlil arabasına görə iqlim konfransına qatıla bilməyib

 

İsrailin enerji naziri Karine Elharrar Şotlandiyada təşkil olunan BMT-nin İqlim Dəyişikliyi üzrə 26-cı Konfransına qatıla bilməyib. TRT Haber-ə görə, bu barədə İsrailin Enerji Nazirliyi məlumat yayıb.

Buna səbəb fiziki məhdudiyyətli nazirin gəldiyi avtomobillə konfransın baş tutduğu əraziyə getməsinə icazə verilməməsi olub.

Məlumata görə, əlil nazir üçün başqa bir maşın təklif olunub, lakin bu avtomobil əlil arabası üçün uyğun olmayıb.

Bu səbəbdən nazir qaldığı otelə geri qayıtmalı olub.

Elharrar sosial media  hesabında yaydığı açıqlamda konfransı təşkil edən BMT-yə öz etirazını bildirib. 

“2021-ci ildə əlilliyi olan insanlar üçün əlçatanlığı təşviq edən BMT-in öz tədbirinə əlçatanlıq mövzusunda narahat olmaması üzücüdür”-nazir paylaşımında qeyd edib.

 



Әlaqәli Xәbәrlәr