Fransa səfiri İngiltərə Xarici İşlər Nazirliyinə çağırıldı

İngiltərə xarici işlər naziri Liz Tras (Liz Truss) “twitter”dən verdiyi məlumatda bildirib...

1726551
Fransa səfiri İngiltərə Xarici İşlər Nazirliyinə çağırıldı

 

  İngiltərə Fransa ilə davam edən balıqçı problemi ilə bağlı Fransanın Böyük Britaniyadakı səfiri Katerina Kolonna (Catherine Colonna) Xarici İşlər Nazirliyinə çağırılıb.

  İngiltərə xarici işlər naziri Liz Tras (Liz Truss) “twitter”dən verdiyi məlumatda bildirib: “Böyük Britaniyanın Avropa üzrə məsul dövlət naziri Vendi Morton İngiltərə və Manş adalarına qarşı xəyal qırıqlığı yaradan və nisbətsiz təhdidlərinin şərhi üçün Fransanın İngiltərədəki səfiri Katerina Kolonnanın nazirliyə çağırılmasını tələb etdi.”  

  Xatırladaq ki, yaxınlarda İngiltərə hökuməti etdiyi şərhdə davam edən ixtilafın daha çox fəsad doğuracağı ilə bağlı Fransadan edilən səbəbsiz təhdidləri qınayıb. Belə ki, Fransanın Aİ üzrə məsul dövlət naziri Klement Bon (Clement Beaune) davam edən balıqçı problemilə əlaqədar “İngiltərə hökuməti yalnız güc dilindən anlayır”, “Böyük Britaniya gəmilərinin bir neçəsindən başqa, qalanlarının ölkənin heç bir limanına müraciət edə bilməyəcəyi”, “İngiltərədən gələn və ya oraya gedən Böyük Britaniya yük maşınları və gəmilərinə sistemli şəkildə nəzarət ediləcək” deyib.

  Qeyd edək ki, Avropa İttifaqı və İngiltərə arasında 2021-ci də balıqçılıq kvotalarının müəyyən olunmasıyla bağlı müzakirələrdə uzlaşma təmin edilsə də, xüsusilə Fransanın balıqçıları təyin edilən bölgələrdə fəaliyyət göstərə bilməyiblər. İngiltərəyə bağlı Cersi (Jersey) adası rəhbərliyi öz quru sularında Fransa balıqçıları və gəmilərindən keçmiş fəaliyyətlərinə dair dəlil təqdim etmələrini istəyib və bu vəziyyət İngiltərə və Fransa arasında gərginliyə səbəb olub.



Әlaqәli Xәbәrlәr