Taliban idarəsi Əfqanıstan mövzulu toplantıya dəvət edilməyib

Oktyabrın 27-də İranın paytaxtı Tehranda Əfqanıstanla bağlı keçiriləcək toplantıya Əfqanıstandakı Taliban idarəsi dəvət edilməyib.

1724454
Taliban idarəsi Əfqanıstan mövzulu toplantıya dəvət edilməyib

Oktyabrın 27-də İranın paytaxtı Tehranda Əfqanıstanla bağlı keçiriləcək toplantıya Əfqanıstandakı Taliban idarəsi dəvət edilməyib.

Talibanın sözçüsü və onun müvəqqəti hökumətinin mədəniyyət nazirinin müavini vəzifəsini icra edən Zəbihullah Mücahid Tehran görüşünə hələ də dəvət edilmədiklərini bildirib.

Mücahid görüşün Əfqanıstana fayda verəcəyini düşündüklərini qeyd edib.

Digər tərəfdən, İranın Kabildəki Səfirliyi Əfqanıstanın qonşu ölkələrinin iştirak edəcəyi və Tehran hökumətinin ev sahibliyi edəcəyi toplantının oktyabrın 27-də baş tutacağını bildirib.

Toplantıda Pakistan, Çin, Tacikistan, Türkmənistan, Özbəkistan və Rusiyadan nümayəndələrin iştirakı gözlənilsə də, görüşdə Əfqanıstanda əhatəli milli hökumətin yaradılması və müharibəyə son qoyulması məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, oktyabrın 20-də Rusiyanın paytaxtı Moskvanın ev sahibliyi ilə Əfqanıstan məsələsi ilə bağlı “Moskva formatı”nda görüş keçirilib.

İclasda Rusiya, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, eləcə də Tacikistan, Pakistan, Çin, Hindistan və İranın nümayəndələri iştirak ediblər.

Əfqanıstanda Talibanın qurduğu müvəqqəti hökumətin baş nazirinin müavini Əbdül Salam Hənəfinin başçılıq etdiyi nümayəndə heyətinin də iştirak etdiyi toplantıda Əfqanıstanın yeni idarəsinə “əhatəli hökumət” yaradılması çağırışı edilib.



Әlaqәli Xәbәrlәr