Avropa İttifaqından Ukraynaya 600 mln avro maliyyə yardım

Avropa İttifaqının (Aİ) Ukraynaya 600 milyon avro maliyyə dəstəyi verdiyi bildirilib. Buna yeni növ koronavirus (Covid-19) epidemiyasının iqtisadi təsirləri səbəb göstərilib.

1724568
Avropa İttifaqından Ukraynaya 600 mln avro maliyyə yardım

Aİ Komissiyası, Covid-19-un iqtisadi təsirlərinə qarşı hazırlanan makro-maliyyə dəstək proqramı çərçivəsində Ukraynaya yeni kredit tranşının verildiyini açıqlayıb. Komissiyadan bu barədə  yayılan  açıqlamada Ukraynanın dövlət maliyyəsi, idarəetmə, qanunun aliliyi, biznes mühitinin yaxşılaşdırılması, sektor islahatları və ictimai iştirakçılıq ilə bağlı öhdəlikləri yerinə yetirdiyini  diqqət çəkilib və Aİ-nin dəstək proqramı çərçivəsində sözügedən ölkəyə 600 milyon avro yardım ayrıldığı, müxtəlif makromaliyyə dəstək proqramları çərçivəsində ümumilikdə  edilən yardım miqdarının 4,4 milyard avroya çatdığı bildirilib.

Qeyd edək ki, İqtisadi böhran zamanı Aİ güçlü münasibətləri  olan ölkələrə makromaliyyə dəstək təmin edə bilir. Lakin  bu kreditlər, müəyyən şərtlər yerinə yetirilməldikdən sərbəst buraxılır. Avropa İttifaqının maliyyə yardımı, sözügedən ölkənin normal şərtlərdə digər bazarlardan təmin edəcəyi kreditlərdən daha əlverişli ödəniş şərtlər əhatə edir.



Әlaqәli Xәbәrlәr