NATO-ya üzv ölkələrin müdafiə nazirləri Brüsseldə yığıncaq keçirəcəklər

NATO-ya üzv ölkələrin müdafiə nazirləri gündəmdəki bir sıra mövzuları müzakirə etmək üçün 21-22 oktyabr tarixlərində Belçikanın paytaxtı Brüsseldəki qərargahında bir araya gələcəklər.

1722382
NATO-ya üzv ölkələrin müdafiə nazirləri Brüsseldə yığıncaq keçirəcəklər

NATO-ya üzv ölkələrin müdafiə nazirləri Əfqanıstandakı vəziyyət, Rusiya, Çin və NATO-Avropa İttifaqı (Aİ) münasibətləri kimi gündəm mövzularını müzakirə etmək üçün 21-22 oktyabr tarixlərində Belçikanın paytaxtı Brüsseldəki qərargahında bir araya gələcəklər.  

Türkiyəni milli müdafiə naziri Hulusi Akarın təmsil edəcəyi iki günlük NATO Müdafiə Nazirləri Toplantısı oktyabrın 21-də günortadan sonra başlayacaq.

Yığıncaq iyun ayındakı NATO sammitindən və alyansın və bu yay Əfqanıstandan çıxmasından sonra keçiriləcək ilk NATO Müdafiə Nazirləri Toplantısı olduğu üçün əhəmiyyətlidir.

Yığıncağın Əfqanıstan mövzusunda keçiriləcək hissəsində NATO-nun bölgədən çıxmasından sonrakı son vəziyyət, Əfqanıstanda qazanılan uğurların itməməsi üçün nə edilə biləcəyi və terrorla mübarizə müzakirə ediləcək.

NATO-dakı Rusiya nümayəndə heyətində vəzifəli 8 şəxsi heyətinin akkreditasiyalarının NATO tərəfindən ləğv edilməs, sonra Rusiyanın cavab olaraq Moskvadakı NATO missiyalarının fəaliyyətini dayandırması qərarından sonra vəziyyət də görüşdə müzakirə ediləcək.

NATO -nun son dövrlərdə tez-tez vurğuladığı və iyun ayında keçirilən NATO Zirvəsi bəyannaməsində əhəmiyyətli bir yeri olan "Çinin yüksəlişi" mövzusu NATO müdafiə nazirlərinin gündəmində yer alacaq.
Toplantının ikinci günündə Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellin nazirlərə qatılacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr