Prezident Nikolas Madurodan ABŞ-a sərt sözlər

Venesuela Prezidenti Nikolas Maduro müxalifətlə davam edən danışıqların dayandırılmasında ABŞ-ı ittiham edib.

1721060
Prezident Nikolas Madurodan ABŞ-a sərt sözlər

Prezidenti Nikolas Maduro “VTV” dövlət televiziyasına müsahibəsində bu barədə danışıb. Qeyd edib ki, ABŞ-nın 13 avqustdan bəri müxalifətlə davam etdirdiyimiz dialoq prosesinə  ağır zərbə endirməsi nəticəsində danışıqları dayandırdıq. Dünən Qərbi Afrika ölkəsi Kabo Verde səlahiyyətliləri tərəfindən ABŞ -a təhvil verilən “Alex Saabın” Venesuelalı bir diplomat olduğunu ifadə edən  Maduro: “Amerika Birləşmiş Ştatları, Meksika dialoq komissiyasının üzvü Alex Saabı qaçırmaqla Meksikadakı danışıqlara ölümcül zərbə endirdiyinin idrakındadır. ABŞ dialoq və Venesuelada sülhün bərpasını istəmir. Bu səbəbdən də Müxalifətlə aparılması gözlənilən danışıqların 4 -cü turunun dayandırılması əmrini verdi. Saabın ABŞ -a qaçırılması bunu konkret olaraq göz önünə sərir.

Digər tərəfdən, müxalifət nümayəndələri bu gün hökuməti dialoq masasına qayıtmağa çağırıblar.

Qeyd edək ki, Saab,  12 iyun 2020 -ci ildə ABŞ -ın tələbinə görə Kabo Verde saxlanıldı. Buna isə çirkli pulların yuyulması işi səbəb göstərildi. Venesuela səlahiyyətliləri isə Saabın diplomatik toxunulmazlığa malik olduğunu irəli sürərək Kabo Verde -ni Vyana Konvensiyasını pozmaqda ittiham etdilər. Lakin Saab dünən Kabo Verde rəsmiləri tərəfindən ABŞ -a təhvil verildi.



Әlaqәli Xәbәrlәr