Fransanın Belarusdakı səfiri ölkəni tərk edib

Fransanın Belarusdakı səfiri hökumətin tələbi ilə ölkəni tərk edib.

1720896
Fransanın Belarusdakı səfiri ölkəni tərk edib

Fransız xəbər agentliyi "AFP"-nin məlumatına görə, Fransanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Nikolya de Buyan de Lakost rəsmi Minskin tələbi ilə ölkəni tərk edib.

Bildirilib ki, Belarusun Xarici İşlər Nazirliyi səfirdən 18 oktyabr tarixinə qədər ölkəni tərk etməsini tələb edib. Səfir də bu gün ölkədən gedib.

Nikolya de Buyan de Lakost keçən il səfir təyin edilmiş və etimadnaməsini Belarusun Xarici İşlər Nazirinə təqdim etmişdi. Lakin Belarus prezidenti məktubun bir nüsxəsini Lukaşenkoya verməyib.

Bunun ardınca Parislə Minsk arasında diplomatik böhran başlamışdı.

Nəticədə Belarus səfir Nikolya de Buyan de Lakostdan ölkəni tərk etməsini istəyib. Lacoste Minskdən ayrılaraq ölkəsinə qayıdıb.

Xatırladaq ki, Avropa İttifaqı 2020 -ci ildə Belarusda keçirilən seçkilərdən sonra Lukaşenko hökumətini tanımadığını bəyan etmişdi.

Belarusdakı daxili siyasi gərginlik səbəbindən Belarus ilə Avropa ölkələri arasında diplomatik gərginlik hələ də davam edir.



Әlaqәli Xәbәrlәr