Yəməndə törədilən terror aktı nəticəsində 3 polis zabiti həlak olub

Yəmənin şərqində törədilən terror aktı nəticəsində Daxili İşlər Nazirliyinin 3 zabiti həlak olub.

1718091
Yəməndə törədilən terror aktı nəticəsində 3 polis zabiti həlak olub

Yəmənin şərqində törədilən terror aktı nəticəsində Daxili İşlər Nazirliyinin 3 zabiti həlak olub. 

Bu barədə nazirlik məlumat yayıb.

Nazirliyin məlumatına görə, hadisə Səna şəhərindən 700 km aralıda yerləşən Hadramaut əyalətinin Seiyun şəhərində baş verib.

Terrorçular polis məmurlarının maşınına kustar üsulla hazırlanan partlayıcı yerləşdirib. Polis zabitləri avtomobilə minəndə məsafədən partladılıb.


Etiketlәr: #terror aktı , #Yəmən

Әlaqәli Xәbәrlәr