ABŞ ilə Taliban arasında ilk rəsmi görüş keçirilib

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin sözçüsü Ned Price bu barədə məlumat yayıb.

1717708
ABŞ ilə Taliban arasında ilk rəsmi görüş keçirilib

Pricein sözlərinə görə , Amerikalı rəsmilər ilə Taliban nümayəndələr arasındaki görüş 9-10 oktyabr tarixlərində Qətərin paytaxtı Dohada baş tutub. ABŞ-nın fərqli dövlət quruluşlarından rəsmilərin iştirak etdiyi danışıqlarda Əfqanıstanda cərəyan edən proseslər müzakirə edilib. Əfqanıstandan çıxmaq istəyən amerikalılar və digər ölkələrin vətəndaşlarının təhlükəsiz təxliyəsi mövzuları  və qadınların adekvat təmsil olunması başda olmaqla ölkədəki insan haqları problemləri müzakirə edilib. ABŞ-ın Əfqanıstan xalqına birbaşa kömək edəcəyi vurğulanan danışıqlarda yol xəritəsinin Talibanın sözlərindən daha çox hərəkətlərinə baxaraq müəyyənləşdirəcəyi qeyd edilib.

Xatırladaq ki, 15 avqust 2021-ci ildə Taliban paytaxt Kabili mühasirəyə salaraq nəzarəti ələ keçirdi. Prezident Əşrəf Qani isə həmin gün axşam saatlarında ölkədən çıxdı. 30 Avqust 2021-ci ildə ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) Komandanı General Kenneth McKenzie, ABŞ qüvvələrini Əfqanıstandan çıxarma prosesinin tamamlandığını və ABŞ-ın Əfqanıstandakı 20 illik hərbi varlığının sona çatdığını açıqladı.



Әlaqәli Xәbәrlәr