Sudanda dövlət çevrilişi cəhdinin qarşısı alınıb

Sudanın paytaxtı Xartumda bir qrup əsgərin bəzi hərbi maşınları ələ keçirərək uğursuz çevrilişə cəhd etdiyi bildirilib.

1708533
Sudanda dövlət çevrilişi cəhdinin qarşısı alınıb

Sudanın paytaxtı Xartumda bir qrup əsgərin bəzi hərbi maşınları ələ keçirərək uğursuz çevrilişə cəhd etdiyi bildirilib.

Dövlət televiziyası və radioları canlı yayımlarını kəsərək, xalqı son çevrilişə müqavimət göstərməyə çağırıb.

Rəsmi qaynaqlar paytaxtın Umdurman bölgəsində bir qrup əsgərin bəzi hərbi maşınları ələ keçirərək çevrilişə cəhd etdiyini bildiriblər.

Sudan Suverenlik Şurasının sözçüsü Məhəmməd El Feki Süleyman "Facebook" hesabından etdiyi paylaşımda vəziyyətə nəzarət edildiyini bildirərək, xalqı ölkəni, keçid prosesini qorumağa və çevrilişə qarşı çıxmağa çağırıb.

Çevriliş cəhdində iştirak edən 40 zabitin saxlanıldığı açıqlanıb.

Məhəmməd El Feki Süleyman çevriliş cəhdi ilə əlaqədar həbslərin davam etdiyini və ordunun çevriliş cəhdinə qatılan zirehli hərbi hissələrlə müqavimət göstərmədən təslim olmaları üçün danışıqlar apardığını ifadə edib.

Hökumətin yaydığı yazılı açıqlamada Um Durman və Vadi Seyyidna hərbi dairələrində və Zirehli Birliklərdə olan bəzi zabitlərin çevriliş cəhdində iştirak etdiyi bildirilib.

Açıqlamada bir qrup əsgərin çevriliş bəyanatını oxutmaq üçün səhər saatlarında əyalət radiosunun binasına girdikləri, ancaq çevrilişin uğursuz olduğu başa düşüldükdə təslim olduqları ifadə edilib.

Sudan mətbuatındakı hərbi qaynaqlara əsaslandırılan xəbərlərdə general -mayor Əbdülbaki Bekrəvinin başçılıq etdiyi bir qrup zabitin zirehli birləşmələrinə nəzarəti ələ keçirdiyi bildirilib.

Suverenlik Şurasının sədri Əbdülfəttah əl-Burhanın mətbuat müşaviri Tahir Ebu Hace dövlət televiziyasına verdiyi açıqlamada çevriliş cəhdinin uğursuz olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr