BMT Yəmən üçün təcili yardıma çağırıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəmən iqtisadiyyatına təcili dəstək verməyə çağırıb.

1708330
BMT Yəmən üçün təcili yardıma çağırıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəmən iqtisadiyyatına təcili dəstək verməyə çağırıb.

BMT-nin Yəməndəki Humanitar Yardım Koordinasiya Bürosu (OCHA) "Twitter" hesabından etdiyi paylaşımda ölkənin iqtisadi vəziyyətinə toxunub.

Paylaşımda valyutanın sabitliyinin təmin edilməsi, ərzaq təhlükəsizliyinə səbəb olan bəzi əsas problemlərin həllini tapmaq və əsas xidmət və sosial müdafiə sistemləri də daxil olmaqla milli sistemlərin tamamilə dağılmasının qarşısını almaq üçün Yəmən iqtisadiyyatına təcili olaraq ehtiyac duyulduğuna diqqət çəkilib.

Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə İranın dəstəklədiyi Husilərlə hökumətə bağlı qüvvələr arasında toqquşmalar baş verir.

Husilər 2014 -cü ilin sentyabr ayından etibarən paytaxt Sana və bəzi bölgələrdə nəzarəti ələ keçirərkən, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından bəri Husilərə qarşı Yəmən hökumətini dəstəkləyir.

Müharibə davam edərkən, Yəmən rialının sürətli və rekord səviyyədə dəyər itirməsi insanların onsuz da aşağı olan alıcılıq qabiliyyətini zəiflətdi və yoxsulluq səviyyəsi 80 faizə çatdı.

Vətəndaş müharibəsinin başladığı illərdə bir Amerika dolları 215 Yəmən rialı olduğu halda, sürətli ucuzlaşma nəticəsində bir dollar 1095 riyala yüksəldi. İqtisadiyyatın pisləşməsi ilə ölkədə humanitar böhran daha da dərinləşir.



Әlaqәli Xәbәrlәr