Tunis və Liviya arasındakı sərhəd keçid məntəqələri yenidən açılır

Koronavirus səbəbiylə iki aydan çox bağlanan Tunis və Liviya arasındakı sərhəd keçid məntəqələrinin bu gün açılacağı bildirilib.

1707001
Tunis və Liviya arasındakı sərhəd keçid məntəqələri yenidən açılır

Koronavirus səbəbiylə iki aydan çox bağlanan Tunis və Liviya arasındakı sərhəd keçid məntəqələrinin bu gün açılacağı bildirilib.
Tunis Rəyasət Heyətinin verdiyi bəyanata görə, Prezident Kays Said sentyabrın 17-si cümə günü yerli vaxtla saat 07:00-dan etibarən Liviya ilə sərhəd keçid məntəqələrinin açılması üçün göstəriş verib. 

Razılaşdırılmış sağlamlıq protokollarına tam riayət edilməsinin məcburi olduğu qeyd edilən bəyanatda bunların iki ölkə arasındakı sağlamlıq vəziyyətindəki inkişaflara görə yenidən nəzərdən keçirilə biləcəyi bildirilib.
Xatırladaq ki, sentyabrın 10-da Liviyanın Baş naziri Əbdülhəmid Dibeybənin Tunisə səfəri zamanı iki ölkənin təhlükəsizlik və sağlamlıq vəziyyəti müzakirə edilmiş və qarşılıqlı olaraq təyin olunan protokollar çərçivəsində sərhəd keçid məntəqələrinin yenidən açıqlamasına qərar verilmişdi.

Tunis və Liviya arasındakı quru sərhəd keçidləri, "Covid-19"un Delta variantının yayılması səbəbindən 8 iyul tarixində bağlanmışdı.

Liviya hökuməti 17 avqustda quru və hava sərhədlərinin açılacağını açıqlasa da, bu baş verməmişdi.



Әlaqәli Xәbәrlәr