Nigeriyada terror hücumu: 12 əsgər həyatını itirib

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı Boko Haramın silah daşıyan karvana hücumu nəticəsində 12 əsgər şəhid olub.

1706998
Nigeriyada terror hücumu: 12 əsgər həyatını itirib

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı Boko Haramın silah daşıyan karvana hücumu nəticəsində 12 əsgər şəhid olub.
Milli mətbuatın yazdığına görə, Boko Haram üzvləri Borno əyalətinin Maiduguri-Mugono avtomobil yolunda silah daşıyan hərbi karvana hücum ediblər.

Hücumda 12 əsgər həyatını itirərkən, terrorçular silahla dolu 3 yük maşını ələ keçirib.

Qeyd edək ki, Boko Haramın 2009-cu ildən bəri Nigeriyada təşkil etdiyi kütləvi terror aktlarında 20 mindən çox adam ölüb.

Terror təşkilatı 2015 -ci ildən bəri ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirib. Təşkilatın Çad gölü hövzəsindəki hücumlarında ən az 2000 adam həyatını itirib.

Yüz minlərlə insan terror hücumları və qarşıdurmalar səbəbiylə köç etmək məcburiyyətində qalıb.



Әlaqәli Xәbәrlәr