Tangerang Həbsxanasında yanğın, 41 məhbus ölüb

Cənub -Şərqi Asiya ölkəsi olan İndoneziyanın paytaxtı Cakartanın yaxınlığında yerləşən Tangerang Həbsxanasında yanğın baş verib.

1704264
Tangerang Həbsxanasında yanğın, 41 məhbus ölüb

İndoneziya Hüquq və İnsan Haqları nazirliyinin yayında Həbsxanalar Departamentinin sözçüsü Rika Apriant bu barədə məlumat verib. o qeyd edib ki, narkotik cinayətlərindən məhkum edilmişlərin qaldığı C Blokda başlayan yanğında 41  məhbus həyatını  itirib, 39-u yaralanıb. Yerli vaxtla saat 01: 00 -da başlayan yanğın tamamilə söndürülsə də, həbsxanada asayişi bərpa etmək üzrə yüzlərlə əsgər və polis bölgəyə cəlb olunub. Yanğının səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Tutumundan artıq məhbusların qaldıqları İndoneziya həbsxanalarında tez -tez iğtişaşlar və qaçış hadisələri yaşanır. Yanğının baş verdiyi Tangerang Həbsxanası rəsmi statistikaya görə 1225 nəfər tutumuna malikdir, lakin həbsxanada təxminən 2000 məhbus saxlanılır.



Әlaqәli Xәbәrlәr