Co Bayden: “ABŞ Ukraynanın suverənliyi və ərazi bütövlüyünü dəstəkləyir”

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Co Bayden, Rusiyanın təcavüzü qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünə rəhbərliyinin dəstəyinin davam etdiyini bildirib.

1701310
Co Bayden: “ABŞ Ukraynanın suverənliyi və ərazi bütövlüyünü dəstəkləyir”

ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Vladimir Zelenskiy ilə Ağ Evdə bir araya gəlib. Bayden görüşündən əvvəl Oval Ofisdə verdiyi açıqlamada Ukraynanın müstəqilliyinin 30 illiyini təbrik edib. ABŞ-Ukrayna tərəfdaşlığını yüksək qiymətlindirdiyini vurğulayıb. Ölkəsinin Rusiyanın təcavüzü qarşısında Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyinin davam edəcəyini söyləyib. Zelenskiy ilə keçirəcəyi görüşdə Ukraynanın Avropa ilə inteqrasiyasına güçlü töhfə verəcək demokratik islahatları müzakirə edəcəklərini və 60 milyon dollarlıq yeni bir təhlükəsizlik paketi barədə danışacaqlarını qeyd edib.



Әlaqәli Xәbәrlәr