Nigeriyada vəba epidemiyası tüğyan edir

Nigeriyada son bir həftə ərzində vəba epidemiyasından ölənlərin sayı 63 nəfərə çatıb.

1700140
Nigeriyada vəba epidemiyası tüğyan edir

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) həftəlik hesabatına görə  epidemiya fərqli əyalətlərə yayılır. Bildirilir ki, bir həftə ərzində 3098 nəfərə vəba diaqnozu qoyulub. Yanvar ayından bu yana ölkə daxilində 58.698 nəfər vəba xəstəliyinə tutulub. Bunlardan təxminən 2 mini həyatını itirib.

“Vibrio” bakteriyasının səbəb olduğu vəba, qida və sudan yoluxaraq ishal və su itkisinə səbəb olur. Qeyd edilir ki, vəbaya yoluxanlar vaxtında  tibbi müalicə qəbul etmədikdə həyatını itirir.

Nigeriyada təmiz su çatışmazlığı və təcili tibbi müdaxilənin qənaətbəxş olmaması xəstəlik və ölüm riskini artırır.

 



Әlaqәli Xәbәrlәr