BMT: “Yəmənə hümanitar yardım çatdırmaqda çətinlik çəkilir”

2021-ci  ilin 7 ayında Yəmən xalqına  humanitar yardım üçün zərurət  duyulan maliyyələşmənin yarısı belə təmin edilə  bilməyib.

1694493
BMT: “Yəmənə hümanitar yardım çatdırmaqda çətinlik çəkilir”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəməndəki Humanitar Koordinasiya Bürosu 19 Avqust Dünya Humanitar Yardım Günü münasibətilə yazılı açıqlama yayıb. Şərhdə  qeyd  edilib  ki,  “2021 -ci ildə BMT, Yəməndə 16 milyon insanı xilas etmək məqsədi ilə hazırlanan yardım planı üçün  zərurət  olan  3,8 milyard dolların  50%-ni   belə   toplaya  bilməyib.  Bu il Yəməndə 20 milyondan çox insanın humanitar yardıma möhtac olduğuna diqqət çəkilən  açıqlamada,    ölkədəki qarşıdurmalar və təbii fəlakətlər səbibi  ilə humanitar yardım təşkilatların fəaliyyətlərinin  ləngidiyi, bu səbəbdən də təxminən 5 milyon möhtaç  insanın  siyahıya  salına  bilmədiyi   vurğulanıb. 

Qeyd  edək  ki, uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə, İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabr ayından etibarən paytaxt Səna və bəzi bölgələri nəzarətdə saxlayırlar. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri 2015 -ci ilin mart ayından bəri husilərə qarşı Yəmən hökumətini dəstəkləyir.

BMT-nin hesabatına  görə  ən böyük humanitar böhran  ilə  sarsılan  Yəməndə əhalinin 80 faizi humanitar yardıma  möhtacdır.  



Әlaqәli Xәbәrlәr