"Əfqanıstandakı vəziyyət, sözün doğrusu, etibarlı deyil və..." İ.Yohanson

İlva Yohanson (Ylva Johansson) Aİ ölkələrini qəbul edəcəkləri əfqanıstanlıların sayını artırmağa çağırdı.

1693749
"Əfqanıstandakı vəziyyət, sözün doğrusu, etibarlı deyil və..." İ.Yohanson

 

  Avropa İttifaqı (Aİ) Komissiyasının məsul üzvü İlva Yohanson (Ylva Johansson) Aİ ölkələrini qəbul edəcəkləri əfqanıstanlıların sayını artırmağa çağırdı.

  Aİ Daxili İşləri Nazirlərinin fövqəladə yığıncağında etdiyi çıxışında Aİ personalı və Aİ ilə çalışan əfqanların azad edilməsi üçün işlərin çox çətin şərtlərdə davam etdiyini bildirən İ.Yohanson deyib: “Əfqanıstandakı sabitliksizlik artan köç təzyiqinə gətirib-çıxara bilər. Bu səbəbdən bütün ssenarilərə hazır olmalıyıq. İnsanların Avropanın xarici sərhədlərinə çatmasını gözləməməliyik. Bu, bir həll deyil. İnsan qaçaqçılarının etibarlı olmayan, nizamsız və idarəsiz yollarla Aİ-yə yönəlməsinə maneə törətməliyik.

  Eyni zamanda, Əfqanıstanda təhlükə altında olan insanları tərk edə bilmərik. Əfqanıstandakı jurnalistlər, qeyri-hökumət təşkilatları işçiləri, insan haqları müdafiəçiləri və xüsusilə, qadınlar ən çox risk altında olanlardır.

  Əfqanıstanın qonşuları ilə yaxın işbirliyi qurub onlara yardım dəstəyi artırılmalıdır.

  Aİ Pakistan, İran və Tacikistanla yanaşı, Türkiyə ilə də əməkdaşlığı artırmaq yolundadır.  

  Əfqanıstandakı vəziyyət, sözün doğrusu, etibarlı deyil və bir müddət də olmayacaq.

  İnsanları Əfqanıstana dönməyə məcbur edə bilmərik.

  Əfqanıstan qaçqınlarının yerləşdirilməsi üçün Aİ ölkələrini kotalarını artırmağa çağırırıq.”



Әlaqәli Xәbәrlәr