Yaponiyada sel və torpaq sürüşməsi həyatı iflic edib

Yaponiyada güçlü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 8-ə yüksəlib.

1693197
Yaponiyada sel və torpaq sürüşməsi həyatı iflic edib

Yaponiya ictimai yayım orqanı NHK bu barədə məlumat yayıb. Bildirib ki, mövsümi tayfunlardan sonra yağan leysan yağışları bir çox əyalətdə dağıntılara səbəb olub.

Kyodo agentliyi də yerli hakimiyyət orqanlarına əsaslandırdığı xəbərində ölkənin müxtəlif əyalətlərində təbii fəlakət nəticəsində həyatını itirənlərin sayının 8-ə çatdığını bildirib.

Meteorologiya Agentliyinə (JMA) görə səhər saatlarında baş verən 4.2 bal gücündə zəlzələ torpaq sürüşmələrinin artmasında təsirli olub.

Agentlik yağışların Kumamoto, Kagoshima, Ehime, Hiroşima, Okayama, Tokusima, Aichi, Gifu, Shizuoka, Yamanaşi və Naqano bölgələrində davam edəcəyini açıqlarkən, Torpaq İnfrastrukturu, Nəqliyyat və Turizm Nazirliyi də 17 əyalətdə 62 sürüşmə və 9 əyalətdə 36 daşqın baş verdiyini bildirib.



Әlaqәli Xәbәrlәr