Bu ölkədə vəba epidemiyasından ölənlərin sayı artır

Nigeriyanın Katsina əyalətində vəba epidemiyası qurbanlarının sayı 75-ə yüksəlib.

1689359
Bu ölkədə vəba epidemiyasından ölənlərin sayı artır

Katsina Əyalət Sağlamlıq Komissarı Yakubu Danja açıqlamasında əyalətin müxtəlif bölgələrinə yayılan epidemiyadan 3 gündə 25 adamın həyatını itirdiyinə diqqət çəkib. Danja, mayın 5-dən bu günə qədər əyalətdə 1.534 vəba diaqnozu qoyulduğunu və epidemiya səbəbiylə həyatını itirənlərin sayının 75-ə yüksəldiyini bildirdi. Bölgələrə təcili dərman və tibbi ləvazimatların göndərildiyini ifadə edən Danja, xalqı epidemiyaya qarşı tədbirli olmağa çağırıb.

Qeyd edək ki, Yanvar ayından bəri Nigeriyada epidemiya davam edərkən, həkimlər əmək haqlarını ala bilmədiklərini səbəb göstərərək tətil başladıblar. Təmiz su çatışmazlığı, vaxtında və effektiv tibbi müdaxilələrin edilməməsi də ölüm riskini artıran əsas səbəblər arasında iştirak edir.



Әlaqәli Xәbәrlәr