Yaponiyada güclü yağış və külək həyatı iflic edib

Yaponiyada güclü yağış və küləkdən sonra təbii fəlakətdən təsirlənən ərazilərdəki minlərlə insanın təxliyə ediləbiləcəyi açıqlanıb və qatar xidmətləri dayandırılib.

1688368
Yaponiyada güclü yağış və külək həyatı iflic edib

Ölkənin Meteorologiya Agentliyi (JMA), güclü yağışın davam etdiyi Hokkaydo, Aomori, İvate və Gifu əyalətlərində xalqı torpaq sürüşməsi ehtimalına qarşı tədbirli olmağa çağırıb.

JMA-nın məlumatına görə Hokkaidoda külək sürəti saatda 90 kilometrə, Tohoku və Hokurikuda isə 80 kilometrə çatabilər.

Bildirilir ki, Yaponiya Şərq Dəmir Yolları, qatar xidmətlərini dayandırıb.



Әlaqәli Xәbәrlәr