ABŞ 11 Sentyabr hadisələrilə bağlı yeni açıqlama verdi

Xatırladaq ki, 11 Sentyabr terror hücumlarının qurbanlarının ailələri keçən həftə ABŞ prezidentinə məktub göndərərək hücumlara dair bəzi sənədlər gizli saxlanılarsa, Co Badendən bu il 20-ci ildönümü mərasimlərinə gəlməməsini istəyiblər

1688836
ABŞ 11 Sentyabr hadisələrilə bağlı yeni açıqlama verdi

 

  Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden (Joe Biden) hökuməti 11 Sentyabr terror hücumları ilə əlaqədar qovluqların yenidən nəzərdən keçiriləcəyini və ABŞ hökumətinin gizli saxladığı sənədlərin qurbanların ailələriylə paylaşılacağını açıqladı.

  ABŞ Ədliyyə Nazirliyi 11 Sentyabr qurbanlarının ailələrinə hücumlarla bağlı daha çox məlumat veriləcəyini bildirib.

  Xatırladaq ki, 11 Sentyabr terror hücumlarının qurbanlarının ailələri keçən həftə ABŞ prezidentinə məktub göndərərək hücumlara dair bəzi sənədlərin gizli saxlanılmağa davam edəcəyi təqdirdə Co Badendən bu il 20-ci ildönümü mərasimlərinə gəlməməsini istəyiblər.

  ABŞ hökuməti Səudiyyə Ərəbistanının hücumlardakı rolu ilə bağlı sənədləri gizlətməklə tənqid olunur. Qurbanların ailələrindən yüzlərlə adam rəhbərlikdən açıqlama tələb edir.

  Səudiyyə Ərəbistanı 11 Sentyabr hücumlarında rolu olmadığını bildirir.

  Ağ Evdən edilən şərhdə yazılana görə, "Hökumət qanun çərçivəsində maksimum dərəcədə şəffaflığı təmin etməkdə qərarlıdır.

  Co Bayden Ədliyyə Nazirliyinin ABŞ hökumətinin bundan əvvəl gizli saxladığı sənədləri yenidən nəzərdən keçirmə və qurbanların ailələriylə paylaşma ilə bağlı addımını müsbət qarşılayıb.”

  Qeyd edək ki, ABŞ-da 11 sentyabr 2001-ci il terror hücumlarında 4 sərnişin təyyarəsi qaçırılıb, onlardan ikisi Əkiz Qüllələrə çarpılıb, biri paytaxt Vaşinqtonda Pentaqonu hədəf alarkən, dördüncü təyyarə isə F-16-lar tərəfindən Pensilvanya çölündə salınıb. Təyyarə hücumları nəticəsində təxminən 3 min nəfər həyatını itirib.



Әlaqәli Xәbәrlәr